ABŞ-da səfərdə olan İordaniya kralı Abdullah Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində konqresmenlərlə görüş keçirib. Kral bildirib ki, Amerika səfirliyinin Qüdsə köçürülməsi qorxunc təhlükələr doğura bilər.
Strateq.az xəbər verir ki, İordaniyanın dövlət başçısı bu təhlükənin İsrail güc strukturları tərəfindən də təsdiqləndiyini komitə üzvlərinə çatdırıb. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın qərarı "İslam Dövləti"nin yeni tərəfdarlarını doğuracaq.
Diplomatik mənbələr II Abdullahın D.Trampla görüşünün gözlənildiyini bildirib. İordaniyanın dövlət başçısı artıq vitse-prezident Maykl Penslə müzakirələr aparıb.