Almaniya hökuməti Berlindəki Milad bazarına hücumdan sonra hakim koalisiyanın təklif etdiyi potensial cinayətkarlara qarşı sərt təbirləri qəbul edib.
Terror hazırlamaqda şübhəli bilinən cinayətkarların hərəkətinə nəzarət edə biləcək ötürücülərin quraşdırıldığı “elektron qandalların” istifadəsini qanuniləşıb, həmçinin bu qurğunun mühakimə olunanlar barədə istifadəsi qaydalarını asanlaşıb.
Bununla yanaşı, hökumət cinayət işləri ilə əlaqədar Almaniya vətəndaşları üzərində qurumlara gizli müşahidə aparmağa icazə verdiyi üçün bəzi maddələri konstitusiyaya zidd elan edilən terrorla mübarizə barədə qanuna düzəlişlər etmək niyyətindədir.
Xatırladaq ki, 2016-cı il dekabrın 19-da yük maşınının Berlinin mərkəzində yerləşən Milad bazarını taran etməsi nəticəsində 12 nəfər həlak ölmüş, 48 nəfər isə yaralanmışdı. Hücumun məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürmüşdü.