XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 18:54

Aİ ölkələri sərhədlərdə nəzarəti3 ay müddətinə uzadır

Avropa İttifaqı ölkələri qanunsuz miqrasiyanın qarşısını almaq məqsədi ilə Şengen zonasının sərhədlərinə nəzarətlə bağlı fövqəladə tədbirləri daha 3 ay müddətinə uzatmaq barədə razılaşıblar.

France Press agentliyinin məlumatına görə, bu qərar Avropa Birliyinin mərkəzi orqanları yanında üzv ölkələrin nümayəndələrinin toplantısında qəbul edilib.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında tətbiq edilən və bu il fevral ayının ortalarında sona çatan sərhəd nəzarəti tədbirlərinin fəaliyyət müddəti may ayının ortalarına qədər uzadılacaq.