XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

01 Fevral 2017 - 20:36

“Google” ötən il aşkarlanan boşluqlara görə3 milyon dollar ödəyib

“Google” şirkəti yanvarın 30-da 2016-cı il üçün tədqiqatçılara məhsullardakı boşluqlarla bağlı məlumatlara görə mükafatların ödənişi proqramı haqqında hesabat dərc edib.

Azərtac “SecurityLab.ru” saytına istinadən xəbər verir ki, ötən il proqramda dünyanın 59 ölkəsinin təhlükəsizlik sahəsi üzrə 350 eksperti iştirak edib. “Google” onlara əlavə və servislərdə aşkarlanan mindən çox boşluğa görə, ümumilikdə 3 milyon dollar ödəyib. Bir boşluq üçün maksimal məbləğ 100 min dollar təşkil edir.

Qeyd edək ki, 2015-ci ildə mükafatlandırmanın ümumi məbləği 2 milyon dollar olub ki, bu da 2014-cü ildən xeyli azdır. Artım 2016-cı ildə şirkətin minimal mükafatlandırma məbləğini çoxaltması (bəzi hallarda bir dəfə yarım) ilə izah olunur.

“Google” məhsullardakı boşluqlarla bağlı məlumatlara görə mükafatların ödənişi proqramını 2010-cu ildə istifadəyə verib. O vaxtdan şirkət tədqiqatçılara, ümumilikdə 9 milyon dollardan çox pul ödəyib.