XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 20:41

Almaniya biznesinin narahatlığı:“Bizi ABŞ-la ticari-iqtisadi müharibə gözləyir”

Almaniyanın işgüzar dairələri Donald Trampın himayəçilik kursundan ciddi narahat olublar və alman şirkətləri üçün problemlərin yaranacağını gözləyirlər. Almaniya Sənayesi Federal Birliyinin (BDI) yeni prezidenti Diter Kempf bu gün “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib: “Mən sahibkar həmkarlarıma tövsiyə edirəm: sayıq olun”.

Berlində fəaliyyət göstərən Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) rəhbəri Marsel Fratsşer bu günlərdə “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinin səhifələrində xəbərdarlıq edib: “Bizi ABŞ ilə ticari-iqtisadi müharibə gözləyir”. Ötən istirahət günlərində Almaniyanın “Handelsblatt” işgüzar qəzeti isə yaxınlaşan münaqişəyə “Amerika: yada çevrilmiş dost” sərlövhəsi ilə çoxsəhifəli xüsusi əlavə həsr edib.

Düzdür, hələ ki Vaşinqtonun yeni administrasiyası Almaniya və ümumilikdə Avropa firmalarına qarşı konkret tədbir görməyib. Lakin Donald Tramp ABŞ-ın Meksika kimi nəhəng ticarət tərəfdaşı ilə münasibətləri artıq gərginləşdirib və Trans-Sakit Okean Tərəfdaşlığı haqqında Sazişi ləğv edib.

ABŞ-ın yeni prezidentinin himayəçilik və antiqlobal kursu şübhə doğurmur. Bundan başqa, Donald Tramp ABŞ-ın əməkdaşlıq etdiyi və xüsusilə borcu olduğu iki ölkənin – Çinin və Almaniyanın ünvanına təhdidlərini aydın şəkildə ifadə edib. Almaniya avtomobil sənayesinin ünvanına yönələn təhdidlər həyəcan siqnalı doğurub. ("Azərtac")