XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2017 - 20:09

İranda 12 yeni neft və qaz emalızavodu tikiləcək

İranda 12 yeni neft və qaz-kondensat emalı kompleksi üçün tikinti prosesi başlayıb.

Azərtac “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Milli Neft Emalı və Neft Satışı Şirkətinin (NIORDC) direktorlar şurasının üzvü və korporativ planlaşdırma direktoru Arman Moghadam deyib.

O qeyd edib ki, hazırda ölkədə 1,73 milyon barel ümumi gücü olan 9 neft emalı zavodu fəaliyyət göstərir. İranda neft və neft məhsullarının ötürülməsi üçün 13 min kilometr uzunluğunda boru kəmərləri var. Həmçinin ölkədə 5 min 500 neft, qaz və sıxılmış təbii qaz (CNG) stansiyası fəaliyyət göstərir.