XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2017 - 21:12

Əfqanıstan hökumətinin ölkə ərazisinin neçə faizinə nəzarət etdiyiməlum oldu

ABŞ Konqresi nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın məruzəsində Əfqanıstan hökumətinin ölkə ərazisinin 60 faizdən az hissəsinə nəzarət etdiyi bildirilir.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 2008-ci ildə Əfqanıstanın bərpasına ayrılan vəsaitə nəzarət etmək üçün qurulan “Special Inspector General for Afghanistan Reconstruction” (SIGAR) komissiyası 2016-cı ildə rəsmi Kabilin nəzarətində olan ərazilərin ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz azaldığını qeyd edir. Uruzqan əyalətinin 6 qəzasından 5-i müxtəlif qruplaşmaların əlinə keçib, Hilmənd əyalətinin 14 qəzasının 8-i isə birbaşa və ya dolayı yolla yaraqlıların nəzarətindədir.

Komissiyanın məlumatına əsasən, 2016-cı il yanvarın 1-dən noyabrın 12-dək Əfqanıstanda 6,7 min hərbçi və polis öldürülüb, 11,7 min nəfər yaralanıb. 2015-ci ildə ölkədə təxminən 5 min, 2014-cü ildə isə 4,6 min hərbçi həlak olmuşdu. Əfqanıstanın güc strukturları əməkdaşlarının sayı təxminən 316 min nəfərdir.

Xatırladaq ki, son zamanlar Əfqanıstanda vəziyyət daha da gərginləşib. Bəzi kənd rayonlarında geniş əraziləri ələ keçirən “Taliban” hərəkatı böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının da nüfuzu artmaqdadır.