"Bizdə əcdada baş qoşmaq, keçmişin dəyərləri ilə didişmək kimi bir xüsusiyyət yoxdur".
Bunu jurnalistlərə açıqlamasında Cümhuriyyət Xalq Partiyasından olan deputat Özgür Özəl söyləyib.
“Yəqin parlamentar sistemi pisləyən o xanım babasının da parlament düşməni olduğunu bilir. Sənin baban ən çox torpaq itirən hökmdardır. Başını bir dənizçiyə qoşub, ona düşmənçiliyi ucbatından donanmanı hərəkət etdirmədi. Nəticədə savaşmadan Kipri ingilislərə verdi. Egey dənizindəki bütün adaları itirən də məhz babasıdır. Biz Osmanlını savabı və günahlarıyla tarixçilərin öhdəliyinə veririk. Nilhan xanıma sadəcə bir şey söyləmək lazımdır. Sən Atatürkü tənqid edirsən. Əgər Atatürk olmasaydı, sən mütləq yenə yaşayacaqdın. Amma bu yaşamını hansı sarayın hansı otağında və yaxud da babanın, atanın uyğun hesab etdiyi hansı paşanın neçənci qadını olaraq davam etdirəcəkdin? Bunu düşünmək lazımdır”, – deyə, o, bildirib.
Qeyd edək ki, Osmanlı hökmdarı II Əbdülhəmidin nəvəsi olan Nilhan Osmanoğlu Türkiyənin parlamentar sisteminin dəyişdirilməsi gərəkdiyini bildirib. O, parlamentar sistemin onu boğaza yığdığını söyləyib.
Axar.az