Günün əvvəlindən Ukraynanın anti-terror əməliyyatı (ATƏ) zonasında separatçıların açdığı atəş nəticəsində iki hərbçi ölüb, daha altısı yaralanıb.
"Report" xəbər verir ki, bu barədə ATƏ-nin mətbuat xidməti məlumat yayıb.
Ötən sutka ərzində ATƏ zonasında vəziyyətin gərginləşməsi nəticəsində Ukraynanın 1 hərbçisi ölüb, 18-i yaralanıb.