Böyük Britaniyanın Avropa İttifaqından ayrılması prosesində müzakirə səlahiyyətinin hökumətə təhvil verilməsini nəzərdə tutan qanun layihəsi parlamentdə qəbul edilib.
Qəbul edilən qanun layihəsi Baş nazir Tereza Meyə "Brexit" müddətini başladacaq Lissabon müqaviləsinin 50-ci maddəsini də səsverməyə qoymağa imkan verir.
Layihəni 650 deputatdan 498-i qəbul etsə də, 114-ü əleyhinə səs verib. (Trend)