XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 15:35

Əhmədinejad dostluğunu danmır –Silah qaçaqmalçıları və sabiq prezidentin fotoları

ahmadinejat-gul

İtaliyada silah qaçaqmalçılığı ilə məşğul olan qrupun ifşası ilə bağlı adının hallanmasına sabiq İran prezidenti heç bir təpki verməyib. Mahmud Əhmədinejadın qalmaqla münasibətinə İran mediasında da rast gəlinmir.

Strateq.az xəbər verir ki, M.Əhmədinejadın sosial şəbəkələrdə son açıqlaması yanvarın 28-də olub. "Twitter"dəki hesabında o, Türkiyədə sabiq prezident Abdullah Güllə görüşünü əks etdirən fotolar yerləşdirib. Fotoların altında qeyddə iranlı siyasətçi yazıb: "Hörmətli dostum Abdullah Güllə görüş".

Bu tarixdən sonra sabiq prezident öz səhifəsini yeniləməyib.

Xatırladaq ki, İtaliya polisi İran və Liviyaya silah qaçaqmalçılığında, habelə beynəlxalq embarqoları pozmaqda şübhəli bilinən dörd adamı həbs edib.Həbs olunan şəxslərdən üçü İtaliya vətəndaşlarıdır. Mario Di Leva və Anna Mariya Fontana cütlüyü, eləcə də Andrea Pardidən başqa, cinayətdə liviyalı Mohamud Əli Şasviç də ittiham edilir.

"La Repubblica" nəşrinin məlumatına görə, həbs edilən italyan cütlüyün sabiq İran prezidenti Mahmud Əhmədinejad ilə çəkdirdiyi fotolar ortaya çıxıb.

Cinayəkar dördlük 2011-2015-ci illərdə təcili yardım xidməti hərbi helikopterləri, hava-yer raketləri, hücum tüfəngləri və tank əleyhinə mərmilərin qaçaqmalçılığında suçlanır. Üç italyan, həmçinin İtaliyadan Somaliyə muzdlu cəlb etməkdə ittiham olunur.

Həbs edilən şəxslər keçmiş sovet-sosialist bloku ölkələrinin istehsalı olan hərbi texnikanı üç ölkədən, o cümlədən Ukrayna və Tunis vasitəsi ilə ünvanlara göndəriblər.