"Freedom House" dünya ölkələrinin əsas azadlıqlara dair demokratiklik göstəriciləri barədə hesabatını yayıb.
"Jerusalem Post" qeyd edir ki, İsrail Yaxın Şərqin ən azad dövləti (100 ballıq şkalada 80 xal) elan olunub.
Strateq.az xəbər verir ki, "Freedom House"un siyahısında İsrail qonşu dövlətləri, o cümlədən Türkiyə (38), İordaniya (37), Küveyt (36), İraq (27), İran (17), Səudiyyə Ərəbistanı (10) və Suriyanı (-1) çox-çox geridə qoyub. Lakin təşkilatın hesabatında İsrail mediası "qismən azad" kimi qiymətləndirilib.