Uzun illər CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) gizli əməliyyatlarına başçılıq etmiş Cina Haspel qurumun rəhbərliyində ikinci vəzifəyə gətirilib. O, CIA-nın yeni direktoru Mayk Pompeonun müavini təyin olunub.
Strateq.az xəbər verir ki, 2000-ci ildə Londondakı ABŞ səfirliyində işləmiş C.Haspel casus əməliyyatlarının veteranıdır. 2013-cü ildə o, CIA-nın gizli xidmətinin rəhbəri vəzifəsini icra edib. "Washington Post"un məlumatına görə, C.Haspel Tailanddakı gizli həbsxanada "əl-Qaidə" məhbuslarına işgəncələri ilə pis şöhrət qazanıb.
M.Pompeo yeni təyinatla bağlı deyib: "Cina nümunəvi kəşfiyyat zabiti və agentlikdə 30 illik təcrübəyə malik vətənpərvərdir".