XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2017 - 14:38

Rusiya Belarusa neft ixracını azaltdı, prezident qəzəbləndi:"Onlar bizim məmurlara yuxarıdan aşağı baxır"

putin-lukasenko.jpg

Belarus hökuməti Rusiyanı məhkəməyə verib.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi brifinqdə deyib.

O bildirib ki, buna səbəb Rusiya neftinin Belarus ixracının azalmasıdır.

“Mübahisə yalnız qazla bağlı idi. Lakin onlar neft ixracını azaltdılar. Anlaşmalarımıza əsaslanaraq, məhkəməyə müraciət etdik”, – deyə, o, qeyd edib.

Lukaşenko mövcud durumun anormal adlandırıb: “Belarus Rusiya ilə bağladığı heç bir müqaviləni pozmayıb. Rusiya hakimiyyəti isə bəzən belaruslu məmurlara yuxarıdan aşağı baxır. Rusiya nefti olmadan da keçinə bilərik. Lakin bu, çətin olacaq”. 

APA