XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Fevral 2017 - 01:11

“Ankara bizim haqlarımızı pozur” –Türkiyə ilə Yunanıstan arasında gərginlik artır

yunan

"Egey dənizində nəzarətsiz adalar yoxdur".

Bu sözləri Yunanıstan Baş naziri Aleksis Çipras jurnalistlərə açıqlamasında deyib.

Çipras iddia edib ki, Türkiyə tərəfi Yunanıstanın milli haqlarını pozur: “Yunanıstan beynəlxalq hüquq normaları çərçivəsində bütün problemlərin həllinə nail olmaqda qərarlıdır. Dialoq, əməkdaşlıq kimi istəklər diqqətçəkici deyil. Biz sadəcə pozulan haqlarımızı qorumağa çalışırıq”.

Qeyd edək ki, Yunanıstanın 8 qiyamçı əsgəri Türkiyəyə təhvil verməməsindən sonra iki ölkə arasında əlaqələr müəyyən dərəcədə gərginləşib. Bu gərginləşmədən sonra Türkiyə-Yunanıstan arasında hələ də mübahisə predmeti olan Kardak qayalıqları statusu məsələsi yenidən gündəmə gəlib.

Axar.az