Strateq.az "Fars News"a istinadla xəbər verir ki, bu gün Semnan vilayətində İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) "Vilayət müdafiəçiləri" adlı təlimləri başlayıb. Təlimlərdə İranın aero-kosmik qüvvələri iştirak edir.
Təlimlərdə raket, radar və elektron hərb komanda sistemlərini idarəetmə sınaqdan çıxarılacaq.
Rəsmi məlumatda deyilir ki, hərbi təlimlərdə məqsəd İİKK-nun təhlükələrə qarşı hərtərəfli müdafiə gücünü göstərməkdir.