Nyu-York ştatının qubernatoru Endryu Kuomo prezident Donald Trampın sərəncamı ilə ABŞ-a girişi qadağan edilən iranlı ailəyə səyahət izni verib. Çünki ailənin körpəsi üzərində təcili ürək əməliyyatı aparılmalıdır.
Strateq.az xəbər verir ki, ailə əməliyyatın əvvəlcə Manhattanda keçirilməsini istəsə də, Oreqon ştatında, Portlenddə qohumlarının varlığına istinad edərək sonradan buranı səyahət yeri seçib.
Körpə qızın valideynləri Dubayda turist vizası alaraq bu həftə ABŞ-a gəlməyi planlaşdırıb. Lakin prezident Trampın sərəncamı ilə hədəf olmuş yeddi müsəlman ölkəsindən birinin vətəndaşları kimi bunu edə bilməyiblər.