Səudiyyə Ərəbistanı yüngül neftin Asiya müştərilərinə mart ayı üçün satış qiymətini fevralla müqayisədə 0,30 dollar/barrel artırılmasına qərar verib.
Rəsmi ər-Riyad Şimal-Qərbi Avropa üçün yüngül neftin mart üzrə satış qiymətini isə fevralla müqayisədə 1,25 dollar/barrel artırıb. Həmin neftin ABŞ-a satış qiyməti də 0,15 dollar/barrel artırılıb. / Azərtac