XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2017 - 13:12

Türkiyə təyyarəsi İranda məcburieniş etdi

Türkiyənin "Turkish Airlines" milli aviaşirkətinə məxsus sərnişin təyyarəsi fevralın 4-də İranın Zahedan şəhərində məcburi eniş edib.

Trend İRNA agentliyinə istinadən məlumat verir ki, təyyarə İstanbul-Vyetnam reysi üzrə hərəkət edirmiş. Məlumata görə, təyyarə sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi səbəbindən məcburi eniş edib.

Təyyarə yerli vaxtla saat 7:35-də eniş edib və sərnişin Zahedən şəhər xəstəxanasına aparılıb.

Məlumata görə, təyyarə reys üzrə hərəkəti icazə alındıqdan sonra davam etdirəcək.