XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2017 - 13:13

Fransada qasırğa 250 min sakiniişıqsız qoydu

Fransanın cənub-qərbində "Lev" adlandırılan güclü qasırğa səbəbindən təxminən 250 min sakin elektrik enerjisiz qalıb. Trend-in məlumatına görə, bu barədə Fransanın "Enedis" operator-şirkəti məlumat verib.

Şirkətin məlumatına görə, qasırğanın səbəblərinin aradan qaldırılması üçün şirkətin işçiləri gücləndirilmiş iş rejimində çalışırlar.

Qasırğa səhər saatlarında başlayıb və küləyin sürəti bəzi yerlərdə 148 km/s olub.

Daha öncə metereoloqlar hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar "qırmız təhlükə" siqnalı barədə xəbərdarlıq etmişdilər.