XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2017 - 13:56

Rəfsəncanisiz ilk iclas:Məsləhət Şurasında sədarət birinci müavindədir

muvahhidi-kirmani

Bu gün Ayətullah Haşimi Rəfsəncanin ölümündən sonra Məsləhət Şurasının ilk iclası keçirilib.

Strateq.az İran KİV-lərinə istinadla xəbər verir ki, Məsləhət Şurasına Məhəmməd Əli Müvəhhidi Kirmani sədrlik edir.

İran mediası son dövrdə mütəmadi olaraq Məsləhət Şurasında mərhum Ayətullah Rəfsəncaninin boş qalmış yerini Məhəmməd Əli Müvəhhidi Kirmaninin tutacağına dair məlumatlar yayıb.

Hazırda Müvəhhidi Kirmani Ekspertlər Şurası sədrinin birinci müavini, Məsləhət Şurasının üzvü və Mübariz Ruhanilər Cəmiyyətinin baş katibidir. O, əvvəllər İran İnqilab Keşikçiləri Korpusunda Ayətullah Xamnəinin nümayəndəsi vəzifəsində çalışıb və təxminən 4 il əvvəl Tehranın müvəqqəti imam-cüməsi olub.