İran İslami Şura Məclisinin (parlament) deputatları prezidentin qardaşı Hüseyn Firudun ilə bağlı ölkənin məhkəmə hakimiyətinə məktubla müraciət ediblər.
Strateq.az xəbər verir ki, H.Firudunun parlament üzvlərinə məktubundan narazı qalmış deputatları təmsil edən Əkbər Rəncbərzadə bir qrup həmkarının yeni sorğu məktubu hazırladığını bildirib. Onlar adı bank fırıldaqlarında hallanan H.Firudunla bağlı aydın izahın verilməsini rica ediblər.
Xatırladaq ki, 46 deputatın sorğusuna cavab olaraq parlamentə göndərilən məktubda H.Firudun ünvanına səslənən ittihamları rədd edib.
Prezident Həsən Ruhanin mədəniyyət məsələləri üzrə köməkçisi olan H.Firudununla bərabər, korrupsiya qalmaqalında ailə üzvləri və vitse-prezident Məsumə Ebtekarın oğlunun adı hallanır.