XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2017 - 15:54

Jirinovski yenidən Rusiya Liberal Demokrat Partiyasınınsədri seçilib

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) növbəti qurultayı keçirilib. 

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının deputataı Vladimir Jirinovski yenidən partiyanın sədri seçilib.

Qeyd edək ki,  o, 31 mart 1990-cı ildən bu postu tutur. RLDP-nin Nizamnaməsi bir şəxsə məhdudiyyətsiz sayda sədr seçilməyə imkan verir.

Partiya rəhbəri 4 illik müddətə seçilir. Partiya sədri strateji rəhbərliyi həyata keçirir, siyasi təşkilatın əsas nümayəndəsi kimi çıxış edir, bütün əsas qərarları qəbul edir.