XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2017 - 19:07

Hindistan LNG idxalı üzrə vergini50 faiz azaldacaq

Hindistan təbii qaza əsaslanan iqtisadiyyatı inkişaf etdirmək üçün mayeləşdirilmiş təbii qazın (LNG) idxalı üzrə vergini 2,5 faizə endirəcək.

Azərtac xəbər verir ki, bu barədə Hindistanın maliyyə naziri Arin Jaitley deyib. Bu, hindli istehlakçılarla yanaşı, neft-kimya müəssisələri və enerji stansiyaları kimi böyük sənaye komplekslərinin idxal xərclərini azaldacaq. Vergi güzəşti hökumətin özünə də fayda verəcək.

Qeyd edək ki, Hindistanın dövlət təbii qaz şirkəti “GAIL” ABŞ-ın “Chenier” və “Dominion” şirkətlərindən illik 6 milyon ton LNG idxalı üçün saziş imzalayıb və bu il LNG-nin təhvili həyata keçiriləcək.