Dünyanın ən böyük "YouGov" şirkətinin ABŞ-da apardığı araşdırmanın nəticəsinə əsasən, Birləşmiş Ştatlarda hər 5 nəfərdən biri Rusiyanı düşmən olaraq görür.
Strateq.az xəbər verir ki, ABŞ-dakı seçkilərdə demokratların namizədi Hillari Klintona səs verənlər arasında Rusiyanı düşmən hesab edənlər respondentlərin 39%-ini, prezident Donald Tramp tərəfdarları arasında isə 10%-ini təşkil edir.
Rəyi soruşulanların 19%-i Rusiyanı "müttəfiq" və ya "dost ölkə" hesab edir.
Araşdırmaya görə, amerikalılar Şimali Koreya və İranı "ən böyük düşmən", Kanada və İngiltərəni "ən böyük müttəfiq" sayır.