XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

04 Fevral 2017 - 20:46

İngiltərə çempionatı:"Çelsi" "Arsenal"ı məğlub etdi

"Çelsi" futbol üzrə İngiltərə çempionatının 24-cü turunun ev oyununda "Arsenal" üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

“Report” xəbər verir ki, ev sahiblərinin heyətində qolları Markos Alonso (13-cü dəqiqə), Eden Azar (53) və Sesk Fabreqas (85) vurub.
Qonaqlardan Olivye Jiru (90) fərqlənib.

Hazırda "Çelsi" 59 xal ilə turnir cədvəlinə başçılıq edir. Aktivində 12 xal az olan "Arsenal" üçüncü pillədədir.

Fevralın 12-də keçiriləcək növbəti turda "Çelsi" səfərdə "Bernli" ilə qarşılaşacaq. Bir gün əvvəl isə "Arsenal" "Hall Siti"ni qəbul edəcək.