XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2017 - 22:12

Vizası olan müsəlmanların ABŞ-a girişinəicazə verilib

Prezident Donald Trampın immiqrasiya fərmanın şamil edildiyi yeddi müsəlman ölkəsinin vizası olan vətəndaşlarının Birləşmiş Ştatlara girişinə icazə verilib.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Gillian Kristensan açıqlamasında Prezidentin fərmanının icrasının müvəqqəti olaraq dayandırıldığını bildirib. Onun sözlərinə görə, bununla bağlı aviaşirkətlərə də məlumat veriləcək.

Eyni açıqlama ilə Daxili İşlər Nazirliyi də çıxış edib: Vizaların geri alınması qərarının icrası dayandırılıb. Vizaları ləğv edilməyən və əllərində qanuni vizası olan şəxslər ölkəmizə gələ bilərlər. Bununla belə, əvvəllər olduğu kimi, ölkəyə daxil olan şəxslər ciddi şəkildə yoxlanılacaq.

Ötən gün ABŞ-ın Sietl federal məhkəməsi Prezidentin miqrasiyanı sərtləşdirən fərmanının ləğv olunması barədə qərar çıxarmışdı. Donald Tramp isə Tvitter səhifəsində hakimin qərarına münasibətini belə ifadə edib: “Ölkəmizin qayda-qanununa hörmət qoymayan hakimin qərarı gülüncdür və həmin qərar ləğv olunacaq”.

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D.Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.