XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2017 - 13:10

ABŞ Ədliyyə Nazirliyi:"Trampın fərmanının icrasına mane olmaq cəmiyyətə ziyan vurur"

ı

ABŞ Ədliyyə Nazirliyi Sietl Federal Məhkəməsinin prezident Donald Trampın  miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasının təxirə salınması barədə qərarının birbaşa cəmiyyətə ziyan vurduğunu bəyan edib.

Bu barədə “Washington Post” qəzeti ABŞ Ədliyyə Nazirliyinin apelyasiya şikayətinin mətninə istinadən məlumat yayıb.

Ədliyyə Nazirliyi hesab edir ki, D. Trampın terrorizmdən müdafiə barədə fərmanının icrasına mane olmaq cəmiyyətə ziyan vurur.

Qeyd edək ki, ötən gün ABŞ-ın Sietl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir.

D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

Fərman geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb.  (APA)