XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2017 - 16:24

Putinin xüsusi təmsilçisiTehranda Şəmxani ilə görüşdü

lavrentyev-shamxani

Bu gün Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani və prezident V.Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev arasında görüş keçirilib.

Strateq.az İran mediasına istinadla xəbər verir ki, görüşdə Suriya böhranı və terrorizmlə mübarizə üzrə birgə səylərin son vəziyyəti müzakirə olunub.

Ə.Şamxani bildirib ki, Astana danışıqlarında müəyyən edilmiş məqsədlərin böyük hissəsi əsasən yerinə yetirilib. O, Hələb zəfərini terrorizmə qarşı mübarizədə dönüş nöqtəsi adlandırıb və Suriyada sabitliyin bərqərar edilməsində İran və Rusiyanın müsbət rolunu yüksək qiymətləndirib.

"İran İslam Respublikası Suriya böhranının siyasi həllinə sadiqdir. Hərbi variantı ancaq İŞİD və "əl-Qaidə", habelə digər ekstremist qruplar üçün yaxşıdır. Bu cılız terrorçular öz regional ideoloqlarından maddi-texniki dəstək və silah alana qədər Suriyada münaqişənin siyasi həllinə və sülhə nail olmaq çətin olacaq", – deyə Ə.Şəmxani vurğulayıb.

A.Lavrentiyev Suriya böhranında İranın konstruktiv rolunu yüksək qiymətləndirib və bildirib ki, üç ölkənin təşkilatçılığı ilə baş tutan Astana prosesini olduqca uğurlu sayır. "Onlar öz hərbi davranışını davam etdirənə və siyasi dialoqa müqavimət göstərənə qədər Rusiya, İran və Suriya terrorizmə qarşı mübarizəni bitirməyəcək".