XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2017 - 19:47

İsrail məxfi xidməti rəhbərinin ABŞ-a gizli səfəri –"Mossad" şefi Vaşinqtonda

yossi_cohen

İsrailin "Mossad" məxfi xidmətinin rəhbəri Yossi Koen və Milli Təhlükəsizlik Şurasının müşaviri Yakov Naycel iki həftə əvvəl Vaşinqtona gizli səfər ediblər. Bu barədə "Haaretz" nəşri məlumat yayıb.

Strateq.az xəbər verir ki, İsrail rəsmiləri Donald Trampın yaxın əhatəsindəki şəxslərlə məsləhətləşmələr aparıblar.

"Haaretz"in məlumatına görə, Yossi Koen və Yakov Naycel Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn və digər səlahiyyətlilərlə görüşüblər.

İsrailin ABŞ-dakı səfiri Ron Dermer də müzakirələrdə iştirak edib.

İran, Suriya və Fələstin, habelə baş nazir Nenyamin Netanyahunun ABŞ-a səfəri məsələləri müzakirələrin əsas mövzusu olub.