Suriyanın dövlət başçısı Bəşər Əsəd yeni bir fərmanla ölkədə elan olunan əfv müddətini 2017-ci il iyunun 30-dək qədər uzadıb.
Strateq.az xəbər verir ki, fərmana əsasən, hərbi qruplaşmaların üzvü olan şəxslər silahlarını müvafiq məhkəmə orqanlarına təslim etdiyi təqdirdə əfv edilirlər.
Prezidentin fərmanı, həmçinin girov götürdükləri adamları etibarlı şəkildə sərbəst buraxan və bunun qarşılığında hər hansı pul tələb etməyən silahlılara da şamil olunur.