Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman əl-Səud paytaxt ər-Riyadda Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifi qəbul edib.
Strateq.az xəbər verir ki, krallığın ikinci baş nazir müavini sayılan və müdafiə naziri olan Məhəmməd bin Salman və pakistanlı həmkarı arasında ikitərəfli münasibətlərin genişləndirilməsi müzakirə olunub.
Müdafiə əməkdaşlığının, terrorla mübarizə ilə bağlı iki ölkənin səylərini möhkəmləndirmək müzakirələrin mərkəzi mövzularına çevrilib.
Səudiyyə Press Agentliyinin yaydığı məlumatda deyilir ki, tərəflər qarşılıqlı maraqlara xidmət edən münasibətlərdə sələfiliyin gözlənilməsinin vacibliyini vurğulayıb.