XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 14:48

Rusiya XİN:“ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsindən təəssüflənirik"

rus xin

"Moskva ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsindən təəssüflənir".

Bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov bildirib.

"Prinsipcə aydındır ki, sanksiyalar qəbuledilməzdir, bu və ya digər məsələnin həllində uyğun alət deyil. Hazırda beynəlxalq ictimaiyyətin diqqəti birgə hərtərəfli fəaliyyət planının necə həyata keçirilməsinə yönəlib. Bu istiqamətdə biz xüsusi problem görmürük", – deyə o qeyd edib.

S.Ryabkov onu da vurğulayıb ki, İranın ballistik raketləri sınaqdan keçirməsi hərtərəfli birgə fəaliyyət planının və 2231 saylı qətnamənin pozulması demək deyil: "Bu mövqeyimizi ABŞ tərəfinin diqqətinə çatdırmışıq. Ümid edirik ki, hərtərəfli birgə fəaliyyət planının və 2231 saylı qətnamənin müddəalarının ciddi və aydın oxunuşu Vaşinqtonun bu istiqamətdə gələcək xəttinin müəyyən olunmasında əsas olacaq". /APA