Kraliça II Elizabet taxta-taca 65 il sahib olan ilk Britaniya hökmdarı oldu.
Strateq.az xəbər verir ki, bu gün həmin münasibətlə "Green Park" və London "Tower"ində atəşfəşanlıq təşkil edilib.
Bukinqhem Sarayı yubileylə əlqədar xüsusu fotonu ictimaiyyət üçün yayıb. Fotoda kraliça 1947-ci ildə toy hədiyyəsi olaraq atası tərəfindən ona verilən yaqut boyunbağı ilə əks olunub.
Yubiliy gününü 90 yaşlı kraliça İngiltərənin şərqindəki Sandrinqhem malikanəsində səs-küysüz keçirəcək.
O, 1952-ci il fevralın 6-da ağciyər xərçəngindən əziyyət şəkən atası, 56 yaşlı kral VI Corcun ölümü ilə bağlı taxt-taca sahib olub.
II Elizabet bu rekordu ilə İngiltərənin ən uzunmüddətli hökmdarı Viktoriyanı geridə qoyub.