Səudiyyə Ərəbistanının Körfəzin ərəb ölkələri üzrə naziri Samer əl-Sübhan Livan prezidenti Mişel Aun ilə görüşüb və ona növbəti səfir təyinatı barədə məlumat verib.
Strateq.az xəbər verir ki, S.Sübhan Livan prezidenti ilə ötən ay sonuncunun Səudiyyə Ərəbistanına səfərindən sonra ikitərəfli əlaqələrin gücləndirilməsi məsələsini müzakirə edib.
Tərəflər "Saudi Airlines" aviaşirkəti vasitəsilə Beyruta müntəzəm uçuşları bərpa etmsini və Səudiyyə vətəndaşlarının həftəsonlarını Livanda keçirməsini təqdir ediblər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının səfir yeri ötən ilin yayından boş qalıb.