XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2017 - 18:40

“ABŞ ordusuna məxsus ağır texnika Estoniyaya gətirildi” –Müdafiə Nazirliyindən açıqlama

tank-abs-teyyeredenendirme

ABŞ ordusuna məxsus ağır texnika Estoniyaya gətirilib.

Bu barədə informasiyanı Estoniya Müdafiə Nazirliyinin Baş Qərargahı yayıb. 

Yeni gələn ağır texnika ABŞ ordusunun 68-ci alayının 1-ci bölüyünə məxsusdur. Rəsmi Tallin bölüyün şəxsi heyətinin ölkəyə keçən həftə gəldiyini bildirib. Bu qüvvələrin yaza qədər Estoniyada qalması nəzərdə tutulub.

Qeyd edək ki, yazda Estoniyaya NATO-nun beynəlxalq batalyonu yerləşdiriləcək. Tərkibi 1200 nəfərdən ibarət olacaq. Batalyonun 800 nəfərini Böyük Britaniya, qalanlarını isə Fransa və Danimarka hərbçiləri təşkil edəcək.

Dünən Amerika həmçinin Latviyaya da 220 hərbçi göndərib. /Axar.az