"NATO-nun ayrı-ayrı deyil, bütün üzvləri Alyansa üzvlük haqqı ödəməlidir".
Bunu ABŞ prezidenti Donald Tramp Florida ştatında hərbçilərlə görüşdə deyib.
“Biz ciddi şəkildə NATO-nu dəstəkləyirik. Yalnız istəyimiz budur ki, NATO-un ayrı-ayrı deyil, bütün üzvləri Alyansa üzvlük haqqı ödəsin”, – deyə, D.Tramp bildirib.
Yanvarda D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandıraraq bildirmişdi ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir.
APA