Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi saytında bildirilir.
“Tərəflər İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanması üzrə hərtərəfli sazişin hazırlanması barədə beynəlxalq danışıqların gedişini müzakirə ediblər. Həmçinin tərəflər prosesin bir çox aspektlərində Rusiya və ABŞ-ın mövqelərinin yaxınlığını təsdiq ediblər.
Yekunda martın 29-da İsveçrənin Lozanna şəhərində nazirlər səviyyəsində İranla “altılıq” ölkələri arasında görüşün mümkünlüyünə dair razılığa gəlinib”, – məlumatda deyilir.