"Mosulun Tiklif qəsəbəsində yaşayan ərəb qəbilələri 72 saat ərzində bölgəni tərk etməlidir. Əks halda, ailələr məhv ediləcək".
Bu sözləri "Haşdi Şabi" qruplaşmasının xristian qolunun lideri Tilkifli Salman Asu Hubbe internetdə yayımladığı videoda deyib.
Qeyd edək ki, Asu Hubbe qruplaşmanın daxilində xüsusi nüfuzu ilə seçilən şəxslərdən biridir.