XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

08 Fevral 2017 - 11:01

Əraqçi Moskvaya getdi:Rusiya paytaxtında daha bir mütəmadi görüş

 araqchi

İran xarici işlər nazirinin müavini Abbas Əraqçi bu gün Moskvaya yollanıb.

Strateq.az xəbər verir ki, XİN rəhbərinin müavini Rusiyada həmkarı Sergey Ryabkovla regional və beynəlxalq mövzuları müzakirə edəcək.

Abbas Əraqçinin səfəri İran və Rusiya arasındakı mütəmadi diplomatik təmaslar çərçivəsində reallaşacaq. Bu görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bərabər, nüvə sazişinin həyata keçirilməsi məsələsi də nəzərdən keçiriləcək.