XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2017 - 12:08

Ağ Ev “inqilab keşikçiləri”ni terrorçu elan etməyə hazırlaşır –"Reuters"in iddiası

revol

ABŞ-dakı mənbələr "Reuters"ə D.Tramp administrasiyasının İran İnqilab Keşikçiləri Korpusunu (İİKK) terrorçu qruplar siyahısına salmaq niyyətində olduğunu bildiriblər.

Strateq.az xəbər verir ki, bu ölkənin iqtisadiyyatı və siyasi quruluşu üzərində geniş nəzarətə malik İİKK-lə bağlı xüsusi hesabat hazırlanıb. 

Ağ Ev hələ ki, hesabatla bağlı konkret qərar qəbul etməyib. Lakin məlum olduğu kimi, "inqilab keşikçiləri"nin bir neçə siması artıq sanksiya siyahısındadır.