XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 11:51

Betsi Devos ABŞ-ıntəhsil naziri oldu

ABŞ Senatında Betsi Devosun təhsil naziri kimi təsdiqlənməsi üzrə səsvermə keçirilib.

Məlum olduğu kimi, B.Devosun namizədliyi ABŞ Senatının səhiyyə, təhsil, əmək və pensiya komitəsi tərəfindən keçən həftə təsdiqlənib.

Senatda keçirilən ümumi səsvermədə bütün demokratlar və iki respublikaçı B.Devosun əleyhinə səs verib. Lakin ABŞ-ın vitse-prezidenti, eləcə də Senatın prezidenti Mayk Pens B.Devosun lehinə səs verməklə səsləri iki yerə bölüb və bununla da B.Devosun namizədliyi üzrə səsvermənin taleyini həll edib.

ABŞ tarixində ilk dəfədir ki, administrasiyada prezident tərəfindən irəli sürülən namizədə ölkənin vitse-prezidentinin səsverməsi lazım gəlib. B.Devos multimilyonerdir və təhsil müəssisəsində heç vaxt dərs deməyib. /Azərtac