XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2017 - 12:42

Donald Trampın iranlı məsləhətçisi –Sürpriz təyinat

makan-delrahim

"Al-Arabia"nın məlumatına görə, Donald Tramp iranlı şəxsi özünə yeni hüquq məsləhətçisi təyin edib. Makan Delrəhim Kaliforniya Universitetinin məzunudur və Corc Vaşinqton Universitetində hüquq doktoru, Con Hopkins Universitetində magistr elmi dərəcəsi alıb.

Strateq.az xəbər verir ki, Şirazda, yəhudi ailəsində anadan olmuş Makan Delrəhim "Oracle" adlı tanınmış hüquq firmasında çalışıb və Malibudakı (Kaliforniya) Pepperdin Universitetində dərs deyib.

M.Delrəhim 1998-ci ildə Senatda hüquqi məsləhətçi, 2000-ci ildə baş məsləhətçi seçilib.

Prezident Corc V. Buş dönəmində (2003-cü il) Ədliyyə Nazirliyində Antiinhisar Komissiyasının üzvü təyin edilib.

Ötən ilin prezident seçkiləri dövründə "Nyu-York Post" qəzetində Donald Trampı dəstəkləyən məqalə ilə çıxış edib.