XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 14:49

Almaniyada aviareyslər təxirə düşdü- Səbəb

Berlinin iki hava limanında yerüstü nəqliyyat xidməti əməkdaşlarının keçirdiyi tətil səbəbindən həmin aeroportlarda 130-dan çox reys təxirə salınıb.

Trend-in məlumatına görə, Almaniya paytaxtında “Tegele” hava limanında 112, “Şenefelde” hava limanında 22 reys təxirə salınıb.

Tətildə bir neçə nəqliyyat xidmətinin 2 mindən çox əməkdaşı iştirak edir.

Həmkarlar İttifaqı bu sahədə çalışan işçilərin əmək haqqının artırılmasını və karyera artımı imkanının yaradılmasını tələb edir.