XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 15:57

Rumıniya parlamenti hökumətə etimad məsələsinimüzakirə edəcək

Rumıniyadakı etiraz aksiyalarının miqyası səngiməyə başlasa da, nümayişlər davam edir.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, hökumət amnistiya və cinayət məcəlləsində dəyişikliklər barədə qalmaqallı qanun layihəsini geri götürmək qərarına gəlib. Buna baxmayaraq, Nazirlər Kabinetinin tam istefaya getməsini tələb edən insanlar əvvəlki kimi küçələrə çıxırlar.

Fevralın 7-də axşam saatlarında Buxarestin mərkəzinə 5 min nəfər toplanıb. Bu gün isə Rumıniya parlamenti ölkə hökumətinə etimad məsələsini müzakirə etməlidir.

Bu arada Rumıniya Prezidenti Klaus Yohannis Nazirlər Kabinetini sərt tənqid edib. Prezident parlamentdə çıxış edərkən böhrana rəvac verən hakim partiyanın onun həlli üçün tez bir zamanda təklif verməli olduğunu bildirib.

Sosial-Demokrat Partiyasının deputatları dövlət başçısının sözlərinə etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.