XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 17:40

Çexiyalı İŞİD-çi:“Mən Suriyada kimisə öldürmək yox, özüm öldürülmək istəyirdim”

Çexiya Respublikasının İŞİD-ə qoşulmağa cəhd göstərmiş ilk və hələlik yeganə vətəndaşı olan Yan Silovski bildirib ki, o, Suriyada heç kəsi öldürmək niyyətində olmayıb.

Yan Silovski Plzen diyar məhkəməsinin iclasındakı çıxışında onu da bildirib ki, təxminən dörd il bundan əvvəl Bibliya ilə Quranı müqayisə edəndən sonra İslam dinini qəbul edib. Onun sözlərinə görə, digər müsəlmanlarla hər hansı şəkildə, o cümlədən İnternet vasitəsi ilə də əlaqə saxlamırmış. Spalene Porjiçi qəsəbəsinin bu sakini Suriyaya yola düşərkən heç kəslə əlaqə saxlamayıb, öz hərəkətlərinin sonrakı nəticələri barədə heç bir təsəvvürü olmayıb və Suriya ordusunun əsgərləri ilə elə ilk döyüşdə öldürüləcəyinə ümid edib.

Silovski 2016-cı il fevralın 5-də islam silahlıları tərəfindən nəzarət edilən əraziyə keçməyə cəhd göstərərkən İstanbul aeroportunda Türkiyənin hakimiyyət orqanları tərəfindən saxlanılaraq Çexiyaya qaytarılıb və 2016-cı ilin iyulundan orada həbsdə saxlanılır. Prokuror Yan Silovskini terror aktı hazırlamaqda ittiham edib. Buna görə onu 12 ildən 20 ilə qədər həbs cəzası gözləyir(azərtac).