Türkiyə Konstitusiyasına düzəlişlər üzrə referendum aprelin 9-da və ya 16-da keçirilə bilər.
Azərtac xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın NTV telekanalına müsahibəsində bildirib.
İbrahim Kalın qeyd edib ki, düzəlişlər barədə qanun layihəsi imzalanmaq üçün Prezidentə təqdim olunub. Həftə ərzində məsləhətləşmələrin başa çatacağı və qanun layihəsinin imzalanacağı gözlənilir. Bundan sonra referendumun vaxtı müəyyən olunacaq.
Səsvermə qanun layihəsinin Prezident tərəfindən imzalanması və onun rəsmi hökumət qəzetində dərc olunmasından 60 gün sonra bazar günlərinin birində keçirilməlidir. Sənəd fevralın 2-də imzalanmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.