Çexiya hökumətinin sədri Boquslav Sobotka və Saksoniyanın Baş naziri Stanislav Tillix Praqada danışıqlardan sonra Praqa-Drezden yüksək sürətli dəmir yolunun tikintisinin 2035-ci ildə başlaya biləcəyi barədə birgə qərar qəbul ediblər.
Hər iki baş nazir vurğulayıb ki, bu layihəni həyata keçirmək təkcə Çexiya və Slovakiyaya deyil, bütün Mərkəzi Avropa ölkələrinə faydalı olacaq.
B.Sobotka deyib: “Şimal-Cənub marşrutunun bu hissəsi Çex Respublikası ərazisindən keçməklə, dənizdən Slovakiya, Macarıstan istiqamətində və ola bilsin, Balkan ölkələrinə çəkiləcək”.