ABŞ prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanı üçün iri silah paketlərinə "yaşıl işıq" yandırıb. Bunu "Washington Times"a ABŞ rəsmiləri və Konqresdəki mənbələr bildirib.
Strateq.az xəbər verir ki, Ər-Riyad üçün 300 milyon $-lıq dəqiq idarəolunan raket texnologiyası paketi və Bəhreyn üçün "F-16"-larla bağlı çoxmilyardlı müqavilə hazırlanır.
Hökumətdəki mənbə Körfəzdəki əsas müttəfiqlər üçün nəzərdə tutulan bu müqavilələrin İran təhlükəsinə və "İslam Dövləti"inə qarşı mübarizəyə kömək məqsədi daşıdığını deyib.