XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2017 - 20:37

“Ankara-Riyad əlaqələrini strateji vacibdir” –Nazirdən açıqlama

chavushoglu

Bu gün Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarda rəsmi Ankara-Riyad əlaqələrini "strateji vacib" adlandırıb.

Strateq.az xəbər verir ki, Cubeyr bunu M.Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.

"Reuters"in məlumatına görə, türk nazir deyib: "Suriya üsyançıları və Türkiyənin xüsusi qüvvələri İŞD-ə qarşı birgə mübarizədə Suriyanın şimalında əhəmiyyətli irəliləyiş əldə ediblər".

M.Çavuşoğlu növbəti hədəfin Raqqa şəhəri olacağını dilə gətirib.